Aparatın İstifadə Qaydası
Aparatı İşlətmək Çox Asandır!
Cəmi 1 dəqiqəlik video ilə peşəkar kimi divan yumağı öyrənin.
📍 Sürətli Çatdırılma və Qurulma
Aparat ünvanınıza tam vaxtında bizim tərəfimizdən çatdırılır. Ünvanınızda kuryer tərəfindən qurulur, işlək vəziyyətə gətirilir və sizə aparatın istifadə qaydaları əyani şəkildə izah edilir.
🎮 Sadəcə 2 Düymə ilə İdarəetmə
Cihazın istifadəsi son dərəcə sadədir, cəmi 2 düyməsi var: biri məhlulu səthə püskürtmək (sarı düymə), digəri isə püskürdülən məhlulu geri çəkmək (qara düymə) üçündür.
🌿 Xlorsuz və 100% Təhlükəsiz Məhlul
Sizə təqdim etdiyimiz Karcher təmizlik dərmanlarının tərkibində xlor yoxdur, parçaya, mebelə və ya rəngə heç bir zədə verə bilməz. Uşaqlar və ev heyvanları üçün tamamilə zərərsizdir.
⚡ Dərin Kir Parçalama və Sovurma
Məhlul ləkəli səthə püskürdülür və 10-15 dəqiqə gözlədilir ki, kiri dərindən parçalasın. Daha sonra aparatın güclü sovurma rejimi (vakuum) işə salınır və çirkli suyu kirlə birgə xüsusi çəninə çəkir.
📦 Rahat Təhvil Alma (Özümüz Yığırıq)
İcarə müddətiniz bitdikdə eyni ünvandan kuryerimiz tərəfindən təhvil alınır. Təhvil alan zaman da aparatı özümüz yığırıq, təmizləyirik və sökürük. Siz heç bir əlavə zəhmət çəkmirsiniz!